Cəmiyyət / Bölgə
2
Bu gün, 10:09

Quba rayonunun sabiq icra başçısından Prezidentə şikayət edildi...

"Mən - Salmanov İlqar Mirzəcan oğlu-30 ildən artıqdır ki, mətbuatdayam… Müxtəlif media orqanlarında çalışmış, 2003-cü ildən 215-ci ilə qədər həftəlik nəşr olunan “Yeni xəbər” qəzetinin təsisçi və baş redaktoru olmuşam. Hazırda “Yenixeberorg.com” saytına və “Xəbərmən TV” YouTube kanalına rəhbərlik edirəm. Bütün fəaliyyətim boyu dövləti və milli maraqlara xidməti prioritet hesab etmişəm…
Möhtərəm Prezident, bu müraciətimlə Sizdən xahiş edirəm ki, qaşılaşdığım ağır avtoqəza ilə bağlı ədalətli hüquqi araşdırmanın aparılmasını təmin edəsiniz. Belə ki, bu ilin 31 martında saat 15:00 radələrində mənə məxsus 01-BR-451 Dövlət Nömrə Qeydiyyatlı “Hundai Tucson” avtomobili ilə Sumqayıt- Bakı istiqamətində hərəkətdə olarkən avtomobildə texniki problem yarandı. (“Riyad Ticarət Mərkəzi”nin qarşısında) Təbii olaraq avtomobilimi üçzolaqlı yolun sağdan birinci zolağında saxlayıb, təhlükə işıqlarını (“Avarenni”) yandırıb, yük yerini (“Baqaj”) açaraq, avtomobilin ön hissəsinə keçib, mühərrikə baxış keçirdim. Tam bu zaman 77-JS-362 Dövlət Nömrə Qeydiyyatlı “HOWO” markalı, ağır tonnajlı Betonqarışdıran Nəqliyyat Vasitəsi dolu, işlək vəziyyətdə avtomobilimi arxadan vurdu...Avtomobilimi 20 metr qabağa, məni isə bir az da artıq məsafə olmaqla paralel yola atdı...Kəllə-beyin travması, burun sınığı və s. olmaqla ağır xəsarətlər aldım... (AZ AĞIR dərəcəli) Cərrahi əməliyyat edildim və hələ də müəyyən müalicə prosedurları keçməkdə davam edirəm.
Məlum oldu ki, mənim avtomobilimi və beləliklə də məni vuran nəqliyyat vasitəsi AAYDA-nin “14№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xidmətindədir. Sürücü isə Fətəliyev Elşən Şahin oğludur. Bu nəqliyyat vasitəsi “Mühəndis Yol Təmir-Tikinti” MMC-nə məxsusdur və hansısa “razılaşma” ilə “14№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xidmətindədir(?)...
Möhtərəm Prezident, hadisədən bugünədək qeyd etdiyim MMC-lərin heç biri tərəfindən nə hadisə ilə, nə də ağır xəsarət alan tərəf kimi mənimlə maraqlanan olmayıb(?)
Mümükn vasitələrlə əldə etdiyim məlumata görə, hər iki MMC de-fakto Quba rayonunun sabiq icra başçısı, hazırda tanınmış iş adamı Ziyəddin Əliyevə məxsusdur. Qeyd etdiyim nəqliyyat vasitəsi üçoxlu olmaqla, maksimum 6m3 betonla yüklənə bilər. Amma, əldə etdiyim məlumata görə, hadisə zamanı 11.5m3 betonla yüklü olub(?) (Yol vərəqinin surəti var.) Eyni zamanda əyləc sistemindədə ciddi problem olub...
Möhtərəm Prezident, Sizdən artıq dərəcədə xahiş edirəm ki, qısaca yaza bildiyim bu hadisənin ədalətli araşdırılmasını və məsul şəxslərlə bağlı müvafiq hüquqi ölçü götürülməsini təmin edəsiniz. Eyni zamanda mənə dəyən mənəvi və maddi zərərin qarşılanmasına da dəstək olasınız.
Ümid edirəm ki, sayənizdə haqq-ədalət öz yerini tapacaq.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.."

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər