Cəmiyyət
6
Dünən, 14:02

Əli Həsənovun qızı Dubayda brend mallar mağazası açdı

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı Safiyə Mehbalı bu il Jumeirahdakı (Dubay) "First Avenue Mall" alış-veriş mərkəzində qızıl-zinət və bahalı aksessuarlar mağazasını açıb.
News365.az-ın xəbərinə görə, bunu jurnalist Cavanşir Həsənli bildirib.

Onun sözlərinə görə, 1500 kv. metr sahəsi olan mağazada satışa təqdim olunan brend çantalar, bahalı saatlar və zinət əşylarının ümimi dəyəri 3 milyon dollardan artıq qiymətləndirilir.

Qeyd edək ki, Ə.Həsənov 1996-2019-cu illərdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Safiyə Mehbalı deputat Səttar Mehbalıyevin keçmiş gəlinidir.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər