Bakının Nizami rayonunda, Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində, Qara Qarayev prospekti 34/67 ünvanında yerləşən yaşayış binasının sakinləri binaya bitişik tikilmiş obyekt və orada fəaliyyət göstərən ictimai iaşə müəssisəsi ilə bağlı narazılıqlarını bildirirlər.Sakinlərin sözlərinə görə, binanın birbaşa pəncərələrinin altında fəaliyyət göstərən “N1 Şaurma Tantuni 24/7” obyektində qida məhsulları, o cümlədən pirojkilər hazırlanır. Hazırlanma zamanı yaranan güclü yağ və qida qoxuları mənzillərə daxil olaraq sakinlər üçün narahatlıq yaradır.
Sakinlər bildirirlər ki, obyektin havalandırma (aspirasiya) sistemi yoxdur. Onların sözlərinə görə, qoxuların sorulması və binadan kənara ötürülməsi üçün nəzərdə tutulan hər hansı avadanlıq da quraşdırılmayıb.
Qeyd edək ki, Bizimesr.info daha əvvəl də həmin ərazidə yaşayış binasına bitişik obyekt tikintisi ilə bağlı material dərc edib. Şəhərsalma və Tikinti Məcəlləsində tikinti obyektləri arasında ara məsafələri ilə bağlı tələblər nəzərdə tutulur. Amma bu fakt göslənməyib və həmçinin rayon icra hakimiyyətinin rəhbərliyi bu obyektin tikintisi və istifadəsinə hələ də göz yumur.
Sakinlər əvvəlki müraciətlərində məsələ ilə bağlı rayon rəhbərliyinə məlumat verdiklərini, lakin şikayətlərinin nəzərə alınmadığını bildirmişdilər.
Obyektin tikintisinin və fəaliyyətinin müvafiq norma və tələblərə uyğunluğu, həmçinin havalandırma sisteminin mövcudluğu aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.
Məsələ ilə bağlı qarşı tərəfin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.info
VİDEO LİNKDƏ: https://bizimesr.info/az/post/bascinin-emelinin-cezasini-bina-sakinleri-cekir-peraski-ve-saurma-qoxusundan-nefes-ala-bilmirik--video-23803
Bakunews.tv