Siyasət
40
Dünən, 12:56

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

Azərbaycanın nüfuzu dünyada artmaqdadır.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.

O, Azərbaycana AQEM-ə sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərə görə təşəkkür edib.

Özbəkistan Prezidenti deyib ki, bu gün dünyada baş verən münaqişələr bütün tərəflərin maraqları əsasında həllini tapmalıdır:

"Ən qısa zamanda Yaxın Şərqdə sülhün bərqərar olmasını diləyirik. Çalışmalıyıq ki, siyasi fikir ayrılıqları silahlı qarşıdurmalara səbəb olmasın".

Bakunews.tv
Son xəbərlər