Suraxanı rayonunun Əmircan qəsəbəsində sakinlərin qaz təchizatı ilə bağlı narazılıqları artır.
Bizimesr.info xəbər verir ki, redaksiyaya daxil olan məlumata görə, Suraxanı rayon qaz istismar sahəsi əməkdaşları ay tamam olmadan abonentlərin qaz xəttini kəsir.
Məlumata görə, bəzi vətəndaşlar borclarını ödəsələr belə, qaz təchizatı bərpa olunmur.
Şikayətdə bildirilir ki, bu hal artıq adi xarakter almağa başlayıb. Sakinlər yaranmış vəziyyətdən narazıdırlar və “Azəriqaz” rəhbərliyindən məsələyə müdaxilə etməyi, qanunsuz hesab etdikləri halların qarşısının alınmasını tələb edirlər.
Məsələ ilə bağlı “Azəriqaz”ın mövqeyini dərc etməyə hazırıq.
Bakunews.tv