Dünya
181
13-04-2024, 18:31

Niderland İrandakı səfirliyini bağlayır

Niderland sabah, aprelin 14-də Tehrandakı səfirliyini bağlayacaq.

Bu barədə “Reuters” agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Niderland Xarici İşlər Nazirliyi bunu İran və İsrail arasında münasibətlərdə gərginliyin artması ilə əsaslandırıb.

Nazirlik səfirliyin aprelin 15-də açılıb-açılmayacağına bazar günü qərar verəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər