SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Sülh planının bütün bəndlərini hazırlamağı hədəfləmişik

Sülh planının bütün bəndlərini hazırlamağı hədəfləmişik

15.07.2024 18:02 144
Kiyev noyabrda keçiriləcək növbəti görüşdə sülh planının bütün bəndlərini hazırlamağı planlaşdırır.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Sülh planının bütün bəndlərini hazırlamağı hədəfləmişik ki, Kiyev noyabrda 2-ci beynəlxalq sammiti keçirə bilsin”, - o əlavə edib.

Xatırladaq ki, Ukrayna ötən ay 92 ölkənin iştirakı ilə ilk sammitini keçirib. Kiyev növbəti görüşə Rusiyadan nümayəndələri dəvət edə biləcəyini açıqlayıb.
Xəbəri necə qiymətləndirirsiniz?