Dünya
3
Dünən, 15:27

Kanada hakimiyyəti ölkədəki Ukrayna vətəndaşlarına qarşı tələblər irəli sürüb

Kanada hakimiyyəti ölkədəki Ukrayna vətəndaşlarından hərbi xidmətdən yayınmadıqlarına dair sübut tələb etməyə başlayıb.
Ukraynanın Kanada icması bu barədə feysbukda məlumat verib.

Belə ki, Kanadada daimi yaşamaq üçün müraciət edən ukraynalılar Vətəndaşlıq və İmmiqrasiya Nazirliyindən Ukraynada hərbi xidmətdən azad olunmaları barədə rəsmi arayış tələb edən məktublar almağa başlayıblar.

Məktublarda bildirilib ki, Ukraynadan Kanadaya gələn kişilərdən onları hərbi xidmətdən azad edən sənədin təsdiq edilmiş surəti və ya ölkənin dövlət qurumları tərəfindən verilmiş hərbi sənədlərin təsdiq edilmiş surəti tələb olunur.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər