Dünya
3
Dünən, 10:51

Məxfi Xidmət Vensin dövlət resurslarından istifadəsindən narazıdır

ABŞ Məxfi Xidmətinin əməkdaşları vitse-prezident Cey Di Vensin ailəsinin təhlükəsizliyi üçün ayrılan dövlət resurslarından istifadə qaydasından narazıdır.

Teeqraf xəbər verir ki, bu barədə "MS Now" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, narazılığa səbəb olan son hadisələrdən biri iyulun 9-da Vensin kiçik oğlunun qolf məşqinə aparılması üçün hərbi helikopterdən istifadə olunması planı olub. Bildirilir ki, vitse-prezident oğlunu şəxsən müşayiət etməyi nəzərdə tuturdu.

Telekanalın hesablamalarına görə, belə bir uçuşun dəyəri saatda 16 min dollardan 24,6 min dollara qədər ola bilərdi. Lakin uçuş güclü külək və tufan səbəbindən son anda ləğv edilib.

Mənbələrdən biri vəziyyəti şərh edərkən bildirib ki, əvvəlki vitse-prezidentlər Mayk Pens və Kamala Harris belə hallara yol verməyiblər.

"MS Now"un məlumatına görə, Məxfi Xidmət əməkdaşları arasında Vens və həyat yoldaşı Uşa Vensin tez-tez son anda səfər planları barədə məlumat verməsi ilə bağlı da narazılıq artır. Bəzi əməkdaşlar hesab edirlər ki, Vens əvvəlki vitse-prezidentlərlə müqayisədə dövlət resurslarından qeyri-adi və uyğun hesab edilməyən şəkildə istifadə edir.

Qeyd edək ki, ABŞ Məxfi Xidməti ölkənin ali rəhbərliyinin və ABŞ ərazisində olan xarici liderlərin təhlükəsizliyinə cavabdeh federal qurumdur.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər