Dünya
291
10-08-2022, 17:18

“Son tarix bəllidir, yaxın günlərdə...” - Ermənistan çalxalanır

"Ermənistan hakimiyyəti öhdəlik götürüb, Qarabağın qalan ərazilərini Azərbaycana təhvil verməlidir".

bakunews.tv teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Ermənistan" Alyansının bəyanatında bildirilib.

Bəyanatda Laçın şəhəri və Zabux kəndinin yaxın günlərdə Azərbaycana təhvil veriləcəyinə də diqqət çəkilib:

"Avqustun 25-dək konkret müddət müəyyən olunub ki, bunun qarşısını almağa məsul olan orqanlar heç bir mövqe bildirmirlər".

Alyans hesab edir ki, Ermənistan hakimiyyətinin bu susqunluğu avqustun 25-nin son tarix kimi razılaşdırılmasının sübutudur.

Bəyanatda prosesin Laçınla yekunlaşmayacağı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərin də (Qarabağın dağlıq hissəsi) Azərbaycana təhvil veriləcəyi deyilib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər