Dünya
9
Dünən, 19:49

Qazaxıstanda bütün yerli parlamentlər vaxtından əvvəl buraxılıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bütün səviyyələrdə yerli nümayəndəli hakimiyyət orqanlarının - məslixatların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında fərman imzalayıb.

Tokayev bundan əvvəl bildirmişdi ki, məslixatlardakı deputatların böyük əksəriyyəti bu il yeni yaradılmış “Adilet” Partiyası ilə birləşən “Amanat” Partiyasının üzvləri olub. Bununla əlaqədar məslixatlardakı deputat korpusunun böyük hissəsinin legitimliyi məsələsi ortaya çıxıb.

Bazar ertəsi Prezident Administrasiyasının mətbuat xidməti həmçinin Tokayevin məslixatların buraxılması məsələsi ilə bağlı baş nazir və Qurultayın (parlament) sədri ilə məsləhətləşmələr apardığını açıqlamışdı.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər