SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Putin: Çin və ABŞ liderləri ilə müzakirələr bir-birimizi daha yaxşı başa düşməyə imkan verib

Putin: Çin və ABŞ liderləri ilə müzakirələr bir-birimizi daha yaxşı başa düşməyə imkan verib

19.11.2026 18:37 22
Çin və ABŞ liderləri ilə diskussiya sərbəst mühitdə keçib və tərəflərə bir-birini daha yaxşı başa düşməyə imkan verib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya-ABŞ-Çin liderlərinin üçtərəfli sammitini şərh edərkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Çin Sədri Si Cinpin səmimi və maraqlı söhbət üçün mühit yarada bilib.

Putin əlavə edib ki, sammiti diplomatiya tarixində bir səhifə hesab edir və görüşlərin belə formatda davam etdirilməsini istərdi.

Rusiya prezidenti həmçinin qeyd edib ki, beynəlxalq təhlükəsizlik böyük ölçüdə Rusiya, Çin və ABŞ-dən asılıdır.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?