SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Öküz banka hücum etdi

Öküz banka hücum etdi

23.08.2022 14:14 287
İsrailin Lod şəhərində qəzəbli öküz bank filialına hücum edib.

bakunews.tv oxu.az-a istinadən xəbər verir ki, heyvan sahibindən qaçıb.

Geniş yayılmış kadrlarda öküzün maliyyə qurumunun dəhlizində necə qaçdığı əks olunub. Bankın işçiləri və qonaqları gördükləri mənzərədən qorxuya düşüblər.

Hadisə şahidlərinin dediklərinə görə, öküz özünü aqressiv aparıb, onu sakitləşdirmək səylərinə, o cümlədən sahibinin cəhdlərinə heç bir reaksiya verməyib.

Hadisə yerinə gələn baytar heyvanı sakitləşdirici oxla vuraraq zərərsizləşdirə bilib.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?