Dünya
354
21-08-2022, 00:55

Somalidə hotelə hücum zamanı 20 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda hotelə hücum olub.


bakunews.tv associated press-ə istinadən verdiyi məlumata görə, silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında bir neçə saat atışma baş verib.

Hadisə nəticəsində 20 nəfər ölüb.

Ölənlərin çoxunun mülki şəxslər olduğu güman edilir.

Hücum zamanı 40-a yaxın insan xəsarət alıb, onlardan 5 nəfərinin vəziyyəti ağırdır.

ABŞ-ın Somalidəki səfirliyi “Twitter“ səhifəsində hücumu qətiyyətlə pislədiyini bildirib. Səfirlik həlak olanların ailələrinə başsağlığ verib, hücumu törədənlərin dərhal məsuliyyətə cəlb olunmasını bildirib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər