SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » İraqda Azərbaycan Ticarət Evi açılacaq

İraqda Azərbaycan Ticarət Evi açılacaq

17.09.2024 15:23 135
İraqda Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azəbaycan-İraq Biznes Forumunda bildirib.

O həmçinin qeyd edib ki, gələn il Azərbaycandan ticarət-ixrac missiyası İraqa səfər edəcək.

Biznes Forumda Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edir.
Xəbəri necə qiymətləndirirsiniz?