Gündəm / Cəmiyyət
101
22-10-2024, 10:07

Yağışdan sonra tuneldə batan olub?

Xəbər verdiyimiz kimi, Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması xüsusilə tunellərdə hərəkəti çətinləşdirib.

Sosial şəbəkələrdə yayılan iddialara görə, Sabunçu ərazisindəki tuneldə minik avtomobillərinin qalması nəticəsində batan var.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilib.

Nazirlikdən əlavə məlumat veriləcəyi də qeyd olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər