Gündəm / Təhsil
5
Dünən, 13:54

Məleykə Abbaszadə oyunları...

Məleykə Abbaszadə oyunları...

Məleykə Abbaszadə çıxışlarında daim şəffaflıqdan, ədalətdən və dürüstlükdən danışır. Amma cəmiyyət arasında dolaşan suallar və narazılıqlar bu sözlərlə reallıq arasında ciddi uçurum olduğunu göstərir. İnsanlar haqlı olaraq soruşur: əgər sistem bu qədər şəffafdırsa, niyə “sual sızması”, “tanınmanın qeyri-rəsmi yollarla həlli” kimi iddialar bu qədər geniş yayılıb?
Tehsilmedia.az qeyd edir ki, xaricdə təhsil almış tələbələrin diplomlarının tanınması üçün imtahan tətbiq olunur. Rəsmi izah budur ki, bu, keyfiyyətə nəzarət üçündür. Amma eyni zamanda “tanınmanın satılması” bu mexanizmin etibarlılığına kölgə salır. Rahatlıqla "şirinlik" verib diplomu tanıdılar. Əgər qaydalar hamı üçün eynidirsə, niyə bu qədər narazılıq var?

Digər tərəfdən, OTK, MQM kimi platformaların – məcburi şəkildə yayılması, kurslara yönləndirmələr, regionlara göndərilən göstərişlər sistemin könüllülük və şəffaflıq prinsiplərinə nə dərəcədə uyğun olduğunu sual altına alır. Bu addımlar təhsilin inkişafına xidmət edir, yoxsa sadəcə müəyyən mexanizmlərin zorla tətbiqinə?

Ən əsas məsələ isə etimaddır. Təhsil sistemi
cəmiyyətin ən həssas sahələrindən biridir və burada ən kiçik şübhə belə böyük narazılığa çevrilir. İnsanlar cavab istəyir: qaydalar doğrudanmı hamı üçün eynidir, yoxsa pərdə arxasında başqa mexanizmlər işləyir?

Məleykə Abbaszadə marker müəllim olmaq üçün müraciət edin deyir, ekspertlik üçün müraciət edin deyir. Meyarların sinonimini seçə bilməyən marker sürüsü, həmçinin sual oğurlayan ekspert sürüsü varınızdır. Belə də gəncləri rahatlıqla məhv edirsiz, narahat olmayın.

Təhsil Sistemində yeyinti və rüşvəti qanuni hala gətirən ilk insan bəlkə də Məleykə Abbaszadədir. Əslində yeyinti olan milyonların qanuniləşməsini təmin etmək də asan iş deyildi...

Bu suallar cavabsız qaldıqca, deyilən rəsmi fikirlərlə ictimai rəy arasındakı uçurum daha da dərinləşəcək.
Bakunews.tv
Son xəbərlər