Neftçala Rayon İcra Hakimiyyəti aparatının rəqəmsal təminatının və internet şəbəkəsinin gücləndirilməsi məqsədilə yeni satınalma müqaviləsinə imza atılıb.
32gun.az xəbər verir ki, "Azəronline LTD" Birgə Müəssisəsi ilə razılıq əldə edib.
Bağlanmış satınalma müqaviləsinə görə, rayon rəhbərliyinin inzibati binası və müvafiq strukturları üçün internet xidmətinin təmin edilməsi nəzərdə tutulur. Bu müqavilənin ümumi maliyyə dəyəri isə rəsmi olaraq 14 775 AZN təşkil edir.
Qeyd edək ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Mirheydər oğlu Seyidovdur.
Mirhəsən Seyidovun 2024-cü ilin dekabrında Neftçalada keçirilən I Balıq Festivalı zamanı geyindiyi plaşın qiymətinin 13 min avro olması ilə bağlı iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. İcra başçısı isə bu iddiaları təkzib edərək, həmin geyimi bir neçə il əvvəl cəmi 350 manata aldığını açıqlamışdı.
Bakunews.tv