"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bir direktor 2-3 məktəbə şeflik edəndə belə də olmalıdır. Başqa nə gözləyəsən? Məzunları meyxanaçı Ələkbər Yasamallının uyudan meyxanası ilə "uğurlayan" Şəfa Qurbanova 135 nömrəlı məktəbin direktoru olsa da, həm də 244 nömrəlı məktəbin direktorluğunu ona tapşırıb nazirlik və MÜTDA başbilənləri. Bakı Şəhəri Təhsil İdarəsi şefləri də razılıq verib. Şəfa Qurbanova o qədər arxalı direktorlardandır ki, 2 məktəbdən 1-nə düzgün rəhbərlik edə bilməsə də, ona söz deyə bilən də yoxdur.
Bir müddət əvvəl 244 nömrəlı məktəbin kollektivi və valideynlər məktəbdə adı rəhbər olsa da, özü isə gözə görünməyən Şəfa Qurbanovanın özbaşınalığına və müəllimlərlə qarşı qeyri-etik davranışlarına və tələblərinə qarşı etiraza qalxmışdılar. Təəssüf ki eşidən, araşdıran olmamışdı, həmişəki kimi. Yeni məlumata görə ikiqat direktor 244 nömrəlı məktəbin gələn dərs ili sinif rəhbəri olacaq müəllimlərinin qarşısında elə tələb qoyub ki, yazıq müəllimlər məzuniyyət pulunu tam versələr də ödəmir.
Yəqin ki, "Son zəng"i "dumanlı təbrik"ə qərq edən ikiqat direktorun bu əməlləri də Eşqi Bağırovun Təlimatını pozan Şəfa xanıma təhqirlə, hədəylə susdurmağa çalışdığı sadə müəllimlərə yaşatdığı əzabların cavab silləsi olacaq.
Şəfa xanımın mövqeyini işıqlandırmağa hazırıq. Həm də bir sual verərdik: 244 nömrəlı məktəbdən BŞTİ-yə 200 min verilməsi söhbəti nə məsələdir? Turan ellər var olsun...