Hadisə
480
22-06-2024, 19:08

Mingəçevir Su Anbarı ilə Qanıx çayın birləşmə hissəsində Şəhid qardaşı və dostu balıq ovunda itkin düşdüb

1991-ci ildə gedən Qarabağ döyüşlərində şəhid olmuş Həmidov Hikmət Həmid oğlu qardaşı 21.02.1974-cü il təvəllüdlü Həmidov Rövşən Həmid oğlu Mingəçevir Su Anbarının Qanıx çayının birləşmə hissəsində idarə etdiyi qayığının çevrilməsi ehtimalı ilə ailə üzvləri məlumat verib. Ailəsinin verdiyi xəbərə görə, 20.06.2024-cü il tarixində saat 16:50 radələrində sonuncu telefon danışığı olub. Qeyd edilən vaxtdan sonra Rövşən Həmidovla heç cür əlaqə saxlamaq mümkün olmayıb.

İki gündən artıq müddət keçməsinə baxmayaraq, itkin düşmüş şəxslərlə bağlı heç bir məlumat əldə edə ailə üzvləri xilasetmə qrupunun genişləndirilməsini xahiş edir. Ailə üzvlərinin verdiyi məlumata görə, hadisə yerində FHN xilasetmə qrupu axtarış aparır. İtkin düşmüş şəxslərlə bağlı bu saata qədər heç bir məlumat yoxdur.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər