SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » İtkin düşmüş qız tapıldı - Ərə gedibmiş...

İtkin düşmüş qız tapıldı - Ərə gedibmiş...

25.05.2024 09:01 418
Cəlilabadda itkin düşən qız Tovuz rayonunda tapılıb.

Cəlilabad rayonunun Alar kənd sakini, 2006-cı il təvəllüdlü Nahidə Xəyal Qızı Zeynalovanın mayın 17-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini bildirib. (APA)

 
Xəbəri necə qiymətləndirirsiniz?