Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - Xəsarət alan var-Video
Ötən gecə paytaxtın Suraxanı rayonu ərazisində - Aeroport yolu kimi tanınan şossedə minik avtomobili ilə marşrut avtobusu toqquşub. “Qafqazinfo” xəbər verir ki, 150 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusla “Opel” markalı maşının toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb.
Bildirilib ki, 77JF043 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtobusla 77NE852 nömrəli “Opel”in toqquşması nəticəsində minik avtomobilinin sürücüsü Ağazadə Urfan Ülvi oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.