Dünya
35
14-08-2026, 11:56

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi avqustun 17-22-də Səudiyyə Ərəbistanı və Omana səfər edəcək.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Səfər zamanı Yaxın Şərqdə gərginliyin azaldılması, Hörmüz və Bab-əl-Məndəb boğazlarında azad və təhlükəsiz gəmiçiliyin təmin edilməsi sahəsində əməkdaşlığa dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Həmçinin bir çox sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsi məsələsinin müzakirə olunması planlaşdırılır.

Bakunews.tv
Son xəbərlər