SON DƏQİQƏ
Bakunews.tv » İdman » Azərbaycan cüdoçuları II Türk Dövlətləri Universiadasında yeddi medal qazanıblar

Azərbaycan cüdoçuları II Türk Dövlətləri Universiadasında yeddi medal qazanıblar

08.11.2023 19:15 133
Azərbaycan cüdoçuları Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında yeddi medal qazanıblar.

“Report”un məlumatına görə, milli üzvləri iki qızıl, bir gümüş, dörd bürünc medala yiyələniblər.

Südabə Ağayeva (70 kq) və Camal Feyziyev (+100 kq) Universiadanın qalibi olublar. Elnarə Rəşidova (+78 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), İlkin Baxşəliyev (100 kq) və Nihad Şıxəlizadə (90 kq) isə üçüncü yeri tutublar.
Xəbəri necə qiymətləndirirsiniz?