Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
Bakunews.tv xəbər verir ki, bu gün Azərbaycan millisinin daha iki idmançısı mübarizəyə qoşulub.
İlk mərhələdən azad olan Elcan Hacıyev 1/16 finalda Nurbek Murtuzoyevi (Özbəkistan) məğlub edib. O, ikinci görüşündə Penq-Yu Çeni (Çin Taypeyi) üstələyib. Hacıyev 1/4 finalda Adam Kopeski (Çexiya) ilə üz-üzə gəlib və bu dueldən də qalib ayrılıb. Elcan yarımfinalda yaponiyalı Qoki Tayima ilə güclünü müəyyənləşdirəcək.
Qeyd edək ki, mundailda yığmamızın heyətində hələlik Zelim Tçkayev (81 kq) bürünc medal qazanıb.