İdman
35
30-04-2026, 17:56

Serj Qnabri İngiltərə Premyer Liqasına qayıda bilər

Serj Qnabri İngiltərə Premyer Liqasına qayıda bilər

Bundesliqa təmsilçilərindən "Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabri İngiltərə Premyer Liqasına qayıda bilər.

Alman futbolçunun hüquqları 2011-ci ildən 2016-cı ilə qədər London klubuna məxsus olub.

O, bu müddət ərzində "topçular"ın heyətində cəmi 18 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Serj Qnabri 2017-ci ildə 8 milyon avroya "Verder Bremen"dən "Bavariya"ya keçib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

30 yaşlı almaniyalı cari mövsümdə Münhen klubunun heyətində bütün turnirlərdə 37 oyunda iştirak edib, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bakunews.tv
Son xəbərlər