İdman
0
Bu gün, 18:27

“Tottenhem” 100 milyonluq qapıçı üçün hərəkətə keçdi

İngiltərənin “Tottenhem”klubu Portuqaliya təmsilçisi “Benfika”nın qapıçısı Anatoliy Trubini transfer etmək istəyir.

Məlumata görə, London klubu artıq 24 yaşlı ukraynalı qolkiperin keçidi üçün danışıqlara başlayıb. “Tottenhem”in əsas qapıçısı Quqlielmo Vikarionun yayda komandadan ayrılaraq İtaliyaya qayıdacağı bildirilir. Bu səbəbdən İngiltərə təmsilçisi yeni əsas qapıçı axtarışındadır.

Trubinin “Benfika” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Onun müqaviləsində 100 milyon avroluq sərbəstqalma maddəsi yer alsa da, “Tottenhem”in daha aşağı məbləğə razılıq əldə etməyə çalışacağı qeyd olunub.

Qeyd edək ki, Anatoliy Trubin 2023-cü ildən “Benfika”da çıxış edir.

Bakunews.tv
Son xəbərlər