Seneqal Futbol Federasiyasının prezidenti Abdullaye Fall milli komandanın dünya çempionatında çalışmış həkiminin ixtisasca ginekoloq olduğunu açıqlayıb.
“Sabit həkimimizin idmançılarımızı müşayiət etmək üçün uyğun akademik profili yox idi. Bunu çox gec öyrəndim, çünki doktor Fədior ixtisasca ginekoloqdur. Aldığım rəylərə əsasən, futbolçular onun xidmətlərindən davamlı istifadə etmək üçün özlərini kifayət qədər arxayın hiss etmirdilər. Futbolçuları sakitləşdirmək üçün nüfuzlu mütəxəssislər tapmaq lazım idi. Sağlamlıq hər şeydən önəmlidir”, – deyə federasiya prezidenti bildirib.
Buna cavab olaraq millinin həkimi Abdulrahman Fədior səsləndirilən fikirləri yalan adlandırıb.
“Mən bu açıqlamaya həqiqətən hiddətləndim. Federasiya prezidentinin söylədiyi yalanlar məni təəccübləndirdi. Əgər insan dediklərinə əmin deyilsə, əvvəlcə araşdırma aparmalıdır. Mən 2008-ci ildə idman təbabəti üzrə mütəxəssis diplomu almışam. Milli komandaya gəlməzdən əvvəl müxtəlif idman federasiyalarında məsul vəzifələrdə çalışmışam. Velosiped İdmanı Federasiyasının tibbi komissiyasına rəhbərlik etmiş, daha sonra Həndbol Federasiyasının tibbi komissiyasının baş həkimi olmuşam”, – deyə Fədior vurğulayıb.
Qeyd edək ki, Seneqal millisi DÇ-2026-da 1/16 final mərhələsində Belçikaya əlavə vaxtda 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Bakunews.tv