İdman
5
Dünən, 13:57

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın Bakıda Bolqarıstanın ÇSKA klubu ilə qolsuz heç-heçə etməsi ölkə reytinqinə cəmi 0,125 xal qazandırıb.

Bununla yanaşı, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında "Zirə"nin səfərdə Estoniyanın "Payde" komandasına 0:1 hesabı ilə uduzaması ümumi mövqeyə təsir göstərməyib.

Azərbaycan 20,437 əmsalla hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 21,500 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla liderdir.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər