SON DƏQİQƏ
Bakunews.tv » İdman » Kamal Umudlu Konfrans Liqası oyununu idarə edəcək

Kamal Umudlu Konfrans Liqası oyununu idarə edəcək

27.07.2026 17:32 23
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

İyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?