İdman
7
Dünən, 18:12

“Neftçi” uğursuz start seriyasına son qoydu

“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub.

“Ağ-qaralar” sonuncu dəfə 2022/23 mövsümünə qələbə ilə başlamışdı. Həmin vaxt “Neftçi” səfərdə “Şamaxı”nı 1 qolla məğlub edib.

“Neftçi”nin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/14 mövsümündə qeydə alınmışdı. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində böyükhesablı ev qələbəsi əldə olunub – 4:1.

“Ağ-qaralar” startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarmışdı. 2001/02 mövsümündə “Ümid”in qonağı olan “Neftçi” 4 cavabsız qolla qalib gəlib.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər