Kriminal
205
13-09-2023, 17:10

Maştağa sakinindən “Makarov” markalı tapança aşkarlanıb - VİDEO

Maştağa sakinindən “Makarov” markalı tapança aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini, 1974-cü il təvəllüdlü Eldar Babayev tutulub. Ondan narkotik vasitə olan heroin, bir ədəd “Makarov” markalı tapançası, dörd ədəd patron və bir ədəd patron darağı aşkar edilib.
Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Son xəbərlər