Kriminal
234
24-10-2023, 21:27

Azərbaycanlı iş adamı 20 il əvvəlki qətlə görə həbs edildi

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Korolevdə 20 il əvvəl qətl törətməkdə təqsirləndirilən azərbaycanlı iş adamı Qalib Yusubovu saxlayıblar.

bakunews.tv TASS-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb. Baş İstintaq İdarəsi qeyd edib ki, kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəlilərdən biri - 57 yaşlı iş adamına qarşı ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Rusiya DİN-in məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən digər şəxslər də müəyyənləşdirilir və onların tutulması üçün tədbirlər görülür.

Öldürülən şəxsin 20 il əvvəl Korolevdə yoxa çıxan Aleksey Zirin olduğu bildirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər