Olay
9
5-05-2025, 16:46

Mətbuat katibi işdən çıxdı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Rəşad Nəsirov məlumatı Konkret.az-a açıqlamasında təsdiqləyib.
Xatırladaq ki, Əməkdar jurnalist bu vəzifəyə 2023-cü ildə təyin edilmişdi.
R.Nəsirov 1997-ci ildən 2001-ci ilə kimi ANS TV-də, 2002-2005-ci illərdə “Lider” TV-də aparıcı-redaktor vəzifələrində çalışıb.
2005-ci ildən İctimai Televiza və Radio Yayımları Şirkətinin İnformasiya departamentində işləyib.
2010-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş redaktor vəzifəsində çalışıb.
2015-2023-cü illərdə AzTV-də sədr müavini işləyib.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər