Səhiyyə
93
2-01-2025, 15:56

“Uğur Estetik” Kilinikasının uğursuz fəaliyyəti... - "UĞUR 777" Klinika yoxsa Klub ?

Bir müddətdir ki, Qənirə Ataşovanın apardığı araşdırmalardan saxta diplomla fəaliyyət göstərən estetik cərrahların ifşa prosesi hələdə davam edir. Apardığımız araşdırmadan məlum olur ki nəyinki saxta diplomlu hətta saxta sertifikasiya ilə estetik həkim fəaliyyəti göstərənlər məhs özəl klinikalarda fəaliyyəti geniş vüsət alıb. Bu gün sosial şəbəkələrdə və media resurslarında bir məlumat diqqətimizi çəkdi. Məsələ ilə bağlı xeyli axtarışlar etsəkdə iddiaların təkzib edilmədiyini məlum olub.

Amma müşahidələr göstərir ki, tibbi səhvlər nəticəsində insan həyatına və sağlamlığına zərər yetirilməsi halları az deyil. Hətta son vaxtlar Azərbaycanda belə hallar artıb.

bakunews.tv xəbər verir ki, bəzən həkimdən narazı olanlar onları “Hippokrat andı”nı pozmaqda günahlandırırlar. Lakin düşünmürlər ki bunlar heç Hipokrat andının nə olduğun bilməyən praktika ilə həkim olanlardır. Qeyd edək ki bu cür “həkimlər” əgər tibbi səhvə yol verilibsə, bu, artıq həkimin cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.

Redaksiya olaraq bu gün “Uğur” Estetik Klinikasının uğursuz əməliyyatlarından danışacağıq. Nəsimi rayonu ərazisində yerləşən klinikada pasientlərə qarşı rəftar olduqca pis vəziyyətdədir. Ən pisi isə budur ki, bu klinikada əməliyyat zamanı həkim müştərinin göz kapilyarlarını partladıb.

Qanaxmanın qarşısını almaq əvəzinə xəstəni təcili evə göndərib. Hələ bu da azmış kimi “get hara istəyirsən şikayət et” deyib. Həkim yol verdiyi səhlənkarlığı aradan qaldırmaq əvəzinə, etdiyi səhvləri düzəltmək yox onlara “burda mənəm bağdadda kor xəlifə” ilə yanaşır. Həkim adına layiq olmayan bu insan görəsən kimə və nəyə güvənir?

Onuda nəzərinizə çatdırmaq istəyirik ki, bir qayda olaraq klinika rəhbərliyi orada işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Yəni əgər klinikada çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, klinika bunun üçün məsuliyyət daşıyır.

Qeyd edək ki, “Uğur Estetik” Klinikası adının Uğur olması təsisçisi Xəyalə xanımın övladının adı ilə əlaqəlidir. Bu gün övladının adını verdiyi klinikada insanların zərərçəkməsi göründüyü qədər Xəyalə xanımın diqqət mərkəzində saxladığı mövzulardan deyil. Klinikanın girişində "Uğur 777" yazısı belə insanı ilk görünüşdən klinikaya yox hər hansı kluba və ya marketə gəldiyi təsəvürün yaradır.

Məsələ ilə bağlı Klinikanın rəhbərliyi ilə heç cür əlaqə saxlaya bilmədik. Qeyd edirik ki, yazıda adı keçən məsələ ilə bağlı klinikanın rəhbərliyinində mövqeyni dərc etməyə hazırıq.

Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyni bildirmək hüququna malikdir. Həmin hüquq tərəfimizdən qorunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər