Siyasət
359
23-08-2022, 14:24

Nəsimi rayonunda yolların yenidən qurulmasına 2,2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

bakunews.tv azertac-a istinadən bildirir ki, Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Ətraflı

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll emək tapşırılır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər