SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » Azərbaycanın XİN başçısı ATƏT-in Baş katibi ilə görüşüb -

Azərbaycanın XİN başçısı ATƏT-in Baş katibi ilə görüşüb - VİDEO

20.09.2023 09:22 214
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmidlə görüşüb.

Bu barədə XİN başçısı sosial şəbəkədə bildirib.

“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ATƏT-in Baş katibi Helga Şmid ilə fikir mübadiləsi apardım. Azərbaycan-ATƏT əməkdaşlığını müzakirə etdim, həmçinin münaqişəsonrası regional vəziyyət və təhdidlər, o cümlədən Azərbaycan ərazilərində qanunsuz erməni qüvvələrinin mövcudluğu barədə məlumat verdim”, - diplomat qeyd edib.

Xəbəri necə qiymətləndirirsiniz?