SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » ATƏT Azərbaycan və Ermənistana çağırış etdi

ATƏT Azərbaycan və Ermənistana çağırış etdi

03.08.2022 19:07 331
“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”.

Ulutv.inf report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Polşa sədrliyi tviterdə açıqlayıb.

“Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, yanvarın 1-dən etibarən Polşa bir illik Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?