Şou-biznes
356
4-08-2022, 14:36

Aktyora bacısından qaraciyər köçürüldü

Qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub.

bakunews.tv-nun musavat.com-a istinadən xəbərinə görə, bu barədə Kult.az-a aktyorun həyat yoldaşı məlumat verib.

O bildirib ki, əməliyyat uğurla başa çatıb:

“Hazırda Elvin oyanıb və vəziyyəti stabildir. Donor da yaxşıdır. Əməliyyat 6 saatdan çox davam etdi. Hər şey qaydasında olarsa, həkimlər 12-15 günə evə buraxılacağını bildirdilər”.

Qeyd edək ki, uzun müddət qaraciyər serrozundan əziyyət çəkən aktyorun donoru bacısı olub.

bakunews.tv
Son xəbərlər