SON DƏQİQƏ
Bakunews.tv » Şou-biznes » Zaur Baxşəliyevin və Zaur Nəbioğlunun verilişlərinin yayımı dayandırıldı

Zaur Baxşəliyevin və Zaur Nəbioğlunun verilişlərinin yayımı dayandırıldı

18.03.2026 05:54 51
Zaur Baxşəliyevin və Zaur Nəbioğlunun verilişlərinin yayımı dayandırıldı

"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Bizimləsən" və "Rəngarəng" verilişləri efirdən çıxarılıb.

Kanalın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".

Eyni zamanda, Oxu.Az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalının efir siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?