SON DƏQİQƏ
Bakunews.tv » Şou-biznes » Flora Kərimova səhhətindən danışdı: "İki ay oturaq vəziyyətdə yatmalı oldum"

Flora Kərimova səhhətindən danışdı: "İki ay oturaq vəziyyətdə yatmalı oldum"

29.04.2026 20:32 59
Flora Kərimova səhhətindən danışdı: "İki ay oturaq vəziyyətdə yatmalı oldum"

"İki ay əvvəl evdə yıxıldım, qolum sındı".
Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.

"Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam", - Xalq artisti əlavə edib.

Qeyd edək ki, F.Kərimovanın 85 yaşı var.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?