Təhsil
2
14-10-2025, 13:05

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 16-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçirəcək.
Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 550 namizəd qeydiyyatdan keçib.

Qeyd edək ki, imtahan saat 11:00-da başlanır Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahanların keçirilməsi üçün 7 imtahan rəhbəri, 34 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

Bakunews.tv
Son xəbərlər