SON DƏQİQƏ
Bakunews.tv » Təhsil » Elşad Quliyev kollecin texnikalarını və komputerləri evinə aparıb: Hüquq mühafizə orqanları araşdırma aparır

Elşad Quliyev kollecin texnikalarını və komputerləri evinə aparıb: Hüquq mühafizə orqanları araşdırma aparır

23.12.2025 18:37 56
Qazax Dövlət Sosial-İqtisadi Kollecində nöqsanlar aşkarlanıb.
XALQ xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

Bildirilib ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində 14-30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yoxlama keçirilib. Yoxlama nəticəsində aşkarlanmış nöqsanların ətraflı araşdırılması hazırda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyeva məxsus evdən kollecin balansına aid təsərrüfat texnikaları və komputer tapıldığı iddia edilir.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?