SON DƏQİQƏ
Bakunews.tv » Təhsil » BAŞIBƏLALI MƏKTƏBƏ MÜƏMMALI TƏYİNATIN SƏBƏBİ NƏDİR?

BAŞIBƏLALI MƏKTƏBƏ MÜƏMMALI TƏYİNATIN SƏBƏBİ NƏDİR?

23.11.2026 11:35 21
Şəki-Zaqatala regional təhsil idarəsinin müdiri Günay Mahmudova Zaqatala şəhər 3 saylı tam orta məktəbin yeni direktor unu niyə Qaxdan göndərdi?!
Zaqatalada imtahandan keçə bilən savadlı müəllimlər yoxdur???

Zaqatala şəhər 3 saylı tam orta məktəbi bir neçə ildə artıq yeddinci direktorunu qəbul edib. Belə ki, el arasında Şıxəli məktəbi kimi tanınan Şixəli Qurbanovun adını daşıyan Zaqatala şəhər 3 saylı tam orta məktəbinin keçmiş direktoru Elmira Hacıyeva təqaüdə göndərildikdən sonra sözügedən təhsil ocağında direktor problemi yaranır. Yəni Şəki-Zaqatala regional təhsil idarəsi bu məktəbə direktor təyin etməkdə çox çətinlik çəkir. İlk təyinat zamanı məktəbə təyin olunmuş Mehnurə xanımı kollektiv qəbul etmədi və iş o yerə çatdı ki, mitinqlər oldu. Bundan sonra təyin olunmuş direktorlar ən yaxşı halda bir il tab gətirə bilirlər. Son dövrlərdə həvalə edildiyi üçün təhsil ocağında sakitçilikdir. Bu günlərdə bu sükutu yeni direktor təyinatı bir daha pozdu. Belə ki, Qax rayonunda kiçik bir məktəbdə, az müddətdə, direktor işləyən Ravil Abdullayev heç bir nailiyyəti ilə seçilməyən direktor kimi Zaqatalada ən adlı-sanlı bir təhsil ocağına direktor təyin olunub. Bu təyinat çox müəmmalıdır. Kiçik bir kənd məktəbindən başqa rayonun ən böyük şəhər məktəbinə direktor təyin olunmaq üçün ən azından öz rayonunda bütün göstəricilərə görə birinci yerdə olmalıdır.
Ancaq bu belə deyil, bəs səbəb nədir?
Bəlkə
Səbəb budur ki, Ravil Abdullayev Şəki-Zaqatala regional təhsil idarəsinin müdiri Günay Mahmudova və regional idarənin məhsul işçisi Alqış müəllimin həmyerlisidir?!

Stimulxeber.com

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?