SON DƏQİQƏ
Bakunews.tv » Araşdırma » "Kriti Vüsal Masallinski" saxlanıldı - DİN-dən əməliyyat

"Kriti Vüsal Masallinski" saxlanıldı - DİN-dən əməliyyat

01.09.2025 15:51 50
Kriminal aləmdə “Kriti Vüsal Masallinski” kimi tanınan Vüsal Nuriyev müxtəlif cinayət əməllərində təqsirləndirilərək saxlanılıb.
O, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

V.Nuriyev həbs olunub, onun qanunsuz əməlləri ilə bağlı başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, “Kriti Vüsal” törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə məhkumluq həyatı yaşayıb.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?