Bölgə
329
7-03-2023, 22:21

“Narkomaniyaya yox, erkən nikaha və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Gəlmə kənd tam orta məktəbində “Narkomaniyaya yox, erkən nikaha və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edən RPŞ-nin əməkdaşı, polis mayoru Murad Muradlı müasir dövrümüzün ən böyük probleminə çevrilən"ağ ölümün" fəsadlarından danışıb. Zərərli maddələrin insan sağlamlığına vurduğu zərərlərdən bəhs edən polis əməkdaşı, məktəblilərə dəyərli tövsiyələr verib.

Görüşdə dini radikalizm və erkən nikah mövzusunda çıxışlar edən digər iştirakçılar məktəbliləri maraqlandıran sualları cavablandırıblar.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər