Bölgə
232
29-04-2023, 16:07

Göyçayda “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib - FOTO

Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi Müqalib Abdıyev narkotik asılılığının törətdiyi fəsadlardan, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb, bu bəladan uzaq olmağın vacibliyini gənclərin diqqətinə çatdırıb.

Həmçinin antinarkotik mövzusunda videoçarx nümayiş etdirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər