Cəmiyyət / Mədəniyyət
224
13-11-2023, 18:06

Parisdəki “Natəvan” məktəbində Azərbaycanın tarixi bayramlarından bəhs olunub - FOTOLAR

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən “Natəvan” Azərbaycan həftəsonu məktəbinin növbəti dərsi Azərbaycanın Zəfər, Bayraq və Konstitusiya günlərinə həsr olunub.
Məktəbin müəllimləri və dərsdə fəxri qonaq kimi iştirak edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva şagirdləri tarixi bayramlarımız münasibətilə
təbrik ediblər. Şagirdlərə parlaq Zəfərimiz, Azərbaycan Dövlət Bayrağı və Əsas Qanunumuz barədə ətraflı məlumat verilib.
Səfir Leyla Abdullayeva yazı lövhəsində “12 Noyabr – Azərbaycan Konstitusiya Günü” sözlərini yazıb və ölkəmizin bütün ərazisində qürurla dalğalanan
Azərbaycan Bayrağının şəklini çəkib. Dərs şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşıb.





Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər