SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Hərbçilərimiz rus sülhməramlılarının kolonunu saxlayaraq geri qaytarıblar

Hərbçilərimiz rus sülhməramlılarının kolonunu saxlayaraq geri qaytarıblar

20.07.2022 19:19 304
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

bakunews.tv
trend-ə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd "Ural" markalı avtomobil yoxlanılması üçün dayandırılıb.

Avtomobillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib.

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?