SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Türk ölkəsində məktəblərdə telefon qadağan edildi

Türk ölkəsində məktəblərdə telefon qadağan edildi

01.02.2024 14:36 184
Qazaxıstan Senatı məktəblərdə dərs zamanı mobil telefondan istifadəyə qadağa qoyulmasını təklif edən qanunu təsdiqləyib.

Bu barədə Senatın saytında məlumat yerləşdirilib.

Qanun orta təhsil müəssisələrində mobil rabitə vasitəsindən istifadə qaydalarının təsdiq edilməsini, zorakılığı təşviq edən, intihara sövq edən və ya dini xarakter daşıyan məlumatların təhsil müəssisələrində yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsini nəzərdə tutur.
Xəbəri necə qiymətləndirirsiniz?